Ana Sayfa > Gündəm > Novruz bayramınadək əfv sərəncamı verilə bilər
Novruz bayramınadək əfv sərəncamı verilə bilər21-01-2021, 14:24. Yazar: Admin |
Azərbaycanda siyasi məhbus olmasa da, bəzi beynəlxalq təşkilatlar bu barədə məlumatlar yayır. Bu qəbuldən olan bəzi şəxslərin əfv edilməsi məsələsini də gündəmə gətirirlər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli açıqlamasında bildirib ki, siyasi məhbus anlayışı dövlət səviyyəsində qəbul edilmir:
“Arzu edək ki, Novruz bayramına qədər əfv sərəncamı verilsin. Parlamentdə marta qədər dinləmələr keçirmək olar”. Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına 18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə daxildir.Modern.az Geri dön |