2016-cı ilin oktyabrında, Şamaxı rayonu Pirbəhli kəndində şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov azadlığa buraxılıb.
Qarabağinfo.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında E.İbrahimovun atası Həsənağa İbrahimov məlumat verib.
O qeyd edib ki, oğlu bir müddət öncə məhkəmənin qərarı ilə sərbəst buraxılıb:
"Hüquq-mühafizə orqanları məsələni dəqiqiliyilə araşdırdıqdan sonra oğlumu sərbəst buraxdılar. Bundan sonra Elnur həmin qızı kəbinə apardı. Təxminən 10 gün keçmişdi oğlum evdə olmayanda qız evə başqa bir adam çağırıb. Oğlum onu evdə tutdu və aparıb polisə təslim etdi. Həmin oğlan dindirildikdən sonra sərbəst buraxılıb”.
H.İbrahimov övladının ailəsinin dağılmasından sarsıntı keçirdiyini deyib:
"Çox pərişan oldum. Bir pozğun ailə mənim övladımın ailəsini dağıtdı. Gəlinim iki uşağı ilə atası evindədir”.
Ata E.İbrahimovun məktəbdəki işinə qayıtmadığını da bildirib:
"Oğlumdan olduğu deyilən uşağı necə etdilər, onu da bilmədik”.
Qeyd edək ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açıldı, hadisədə təqsirli bilinən E.İbrahimov 5 il 6 ay azadlıqdan məhrum edilmişdi. 25 yaşlı E.İbrahimov ailəli olub, övladı var.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.
Saytımızı qiymətləndirin
Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı
Tarix: 20-09-2017 | Saat: 16:23
Bölmə:Təhsil / Region / Problem | çapa göndər
787 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-09-2017 | Saat: 16:23
Bölmə:Təhsil / Region / Problem | çapa göndər
Digər xəbərlər
2-03-2022, 22:31
General Nizami Məmmədov həbs olundu
1-11-2022, 21:24
Çavuşoğlu və Lavrov danışıqlar apardı
7-02-2023, 16:14
Əhməd İsmayılov: Yeni vergi güzəştləri medianın iqtisadi dayanıqlığını daha da möhkəmləndirəcək - MÜSAHİBƏ
9-12-2022, 10:00
"O, çalışır ki, azı 1500 sülhməramlının ailəsi Qarabağa köçürülsün...- Buna təminat alıb..."
4-08-2022, 20:59
Lavrov və Blinken Kambocada görüşəcək
20-10-2022, 17:10
Zelenski İran rəhbərliyinin yalan danışdığını bildirib: Pula görə Rusiyanı dronla təchiz edirlər
10-05-2021, 16:49
Azərbaycanda daha 892 nəfər COVID-19-dan sağalıb, 371 nəfər yoluxub
Bu gün, 08:29Fars körfəzində daha bir tanker atəşə tutulub
Bu gün, 08:04Fars körfəzində daha bir tanker atəşə tutulub
Dünən, 09:4496 yaşlı milyarder 48 ildir su içmirmiş...
31-10-2026, 22:22Rezai: İran ABŞ vitse-prezidentinin məktubuna hələ cavab verməyib
31-10-2026, 21:28Rubio: Tramp Rusiyanın G20 danışıqlarında iştirakını vacib sayır
31-10-2026, 21:22“Bulvar dənizdən 20-30 kilometr uzaqda qala bilər”
31-10-2026, 21:00Rubio: ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır
31-10-2026, 20:43Rusiya dizel yanacağının ixracına qoyulan qadağanın müddətini uzadıb
31-10-2026, 20:40Şeremetyevo hava limanı yaxınlığına PUA düşüb, yanğın olub

















