Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb
Tarix: 02-10-2017 | Saat: 17:55
Bölmə:Region / Qarabağ | çapa göndər
895 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-10-2017 | Saat: 17:55
Bölmə:Region / Qarabağ | çapa göndər
Jurnalist təşkilatı cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparıb
"Qarabaginfo" "mia.az" istinadən xəbər verir ki,Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Cəbhəyanı bölgələrdə yaşayan gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Füzuli rayonunun Əhmədbəyli kəndində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.
Füzuli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qabil Əliyev qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Q.Əsədov deyib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün dövlət qurumları ilə yanaşı, həm də QHT-lər səyləri artırmalıdırlar.
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə layihənin məqsədi barədə geniş məlumat verib. JAM sədri bildirib ki, işçi qrupun qarşısında dayanan əsas vəzifə cəbhəyanı bölgələrdə yaşayan yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək, erməni vandalizmini ifşa etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın keçdiyi şərəfli döyüş yoluna işıq salmaqdır. S.Verdizadə deyib ki, hər bir Azərbaycan gəncinin öz soy-kökü, keçmişi ilə fəxr etməyə haqqı çatır.
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycan xalqının qəhrəmanlıq ənənələri üzərində formalaşdığını vurğulayıb. TUMİB sədri deyib ki, yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənməklə keçmişlə gələcəyin vəhdətini yarada bilərlər.
Füzuli rayon Əhmədbəyli kənd musiqi təmayüllü gimnziyanın direktoru Nazimə Şamıyeva gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində təhsil müəssisələrinin üzərinə üşən vəzifələrdən danışıb. Direktor bildirib ki, rəhbərlik etdiyi pedaqoji kollektiv şagirdlərin vəətnpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir.
Sonda bir qrup tədbir iştirakçısı Füzuli rayonunun Şam Mahmudlu kəndinə gedərək, Aprel şəhidi, mayor Elnur Əliyevin məzarını ziyarət edib.

Xəbəri paylaş
Digər xəbərlər
7-07-2026, 07:57
NATO zirvəsi ilə bağlı Ankara aeroportunun fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
13-06-2022, 14:36
Lavrov İrana gedəcək
13-05-2022, 19:09
Fransa XİN Türkiyənin Parisdəki Baş konsulluğuna hücumu pisləyib
28-10-2024, 14:53
Rusiya Ukrayna qoşunlarının Kursk vilayətində indiyə qədər verdiyi itkiləri açıqlayıb
9-11-2021, 14:12
Abşeronda idarə işçiləri arasında dava olub, bir nəfər "KamAz"ın altında qalaraq ölüb
10-03-2021, 12:27
“Azərlotereya” vətəndaşlara müraciət edib
12-03-2022, 21:08
Kuleba: "Rusiya tərəfi danışıqlarda irəliləyişin olduğunu bildirir"
23-10-2021, 13:26
“Bandotdel”in əməliyyatı ilə tutulan şəxslərə ağır cəza verildi



" style="width: 670px; height: 340px;">













