"Çudo Peçka"nın sahibi məhkəməyə müraciət etdi
Tarix: 20-09-2017 | Saat: 14:39
Bölmə:Problem | çapa göndər

784 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-09-2017 | Saat: 14:39
Bölmə:Problem | çapa göndər

Bir müddət əvvəl həbs edilmiş iş adamı, "Çudo Peçka” və "ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov məhkəməyə müraciət edib.
Qarabağinfo.az apa-ya istinadən xəbər verir ki, Ç. Cəlilov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Onun müraciətinə yaxın günlərdə baxılacaq.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka” və "ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç. Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
18-12-2025, 10:50
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
17-05-2025, 12:32
Oyanarsa dünya dəyişəcək vulkanlar –Səssiz təhlükələr
12-01-2022, 21:45
Onun Xankəndiyə səfəri Makrona qarşıdır - Əliyev
25-08-2021, 10:35
Bakı sakini mənzilində ölü tapılıb
19-07-2025, 12:00
Tramp Zelenskiyə Rusiyaya hucuma keçməyi təklif edib"Washington Post"
18-10-2023, 14:04
Şəxsi mülkiyyətində olan torpaq sahəsini satan şəxs vergi ödəməlidirmi?
22-01-2026, 10:32
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - Siyahı
24-01-2023, 11:01
Azərbaycanda bələdiyyə sədri HƏBS OLUNDU
20-05-2025, 10:04
Azərbaycanda şair xərçəngdən vəfat etdi






" style="width: 670px; height: 340px;">








