Saytımızı qiymətləndirin


 
 

Rəsmi Tbilisi İranın Azərbaycana dron hücumlarını qınayıb
Tarix: 05-03-2026 | Saat: 22:22
Bölmə:Karusel / Region | çapa göndər

Rəsmi Tbilisi İranın Azərbaycana dron hücumlarını qınayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) İranın Azərbaycana dron hücumlarını qınayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə XİN-in bəyanatında bildirilib.

XİN beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş hər hansı bir hərəkətin qəbuledilməz olduğunu qeyd edib.

"Gürcüstan və Azərbaycan arasındakı möhkəm dostluq və strateji tərəfdaşlığı nəzərə alaraq, Gürcüstan bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəyliyini ifadə edir”, - bəyanatda deyilir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər
16-07-2022, 17:02 Dastana dönmüş bir Səs!