Saytımızı qiymətləndirin


 
 

Makbet Bunyatov: “Mənə vacib idi ki, onların səhnədəki oyunlarından ləzət alım, səhnədən kənar oyunlarından yox” - FOTOLAR
Tarix: 18-12-2017 | Saat: 21:42
Bölmə:Manşet / Karusel / Mədəniyyət | çapa göndər

 

"Qarabaginfo" "ATV.az"-n "Yubilyar" ruvbrikasının növbəti qonağını oxucularına təqdim edir.

Maqbet Zeynal oğlu Bünyatov. O, 25 dekabr 1937-ci ildə  Zərdab rayonunun Seyidlər kəndində, ziyalı ailəsində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra, təhsilini Göyçay mexanikləşdirmə texnikumunda davam etdirmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra,Sumqayıt  şəhərində əmək fəaliyyətinə başlamışdır. Sonra, 1964-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin İnstitutu bitirmişdir. İxtisası üzrə əmək fəaliyyətinə Mədəniyyət Nazirliyi sistemində, sıravi işçidən direktor və bədii rəhbər vəzifəsinədək çalışmışdır. 1966-cı ildən 1974-cü ilədək Azərbaycan Dövlət Kukla teatrında fəhlədən  direktor müavini vəzifəsinədək yüksəlmişdir. 1974-cü ildən 1979-cu ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı direktor, 1979-cu ildən 1987-ci ilədək Akademik Dram Teatrında direktor müavini, 1987-ci ildən 2003-cü ilədək Bakı Dövlət Sirkinin bədii rəhbər-direktoru vəzifəsində işləmişdir. Maqbet Bunyatov 2002-ci ildə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülmüşdür. 2006-2010cu illərdə  Akademik Milli Dram Teatrının direktoru vəzifəsində çalışı

 

- Маqbet müəllim, deyirlər 60 yaş qocalığın cavanlığıdır. Bəs 80 yaş üçün nə demək olar?

 - Məncə 80 artıq müdriklik yaşıdı. Düzdü, əvvəl 70 yaşa da belə demək olardı, amma yaşım ötükcə anladım ki, 70 il müdrik olmaq üçün helə tezdi, 80 - əsl vaxtdı( gülür). Artıq kiməsə məsləhət verə bilərəm, hardasa bir söz deyə bilərəm.

  - Bizim cəmiyyətdə yaşlı nəslin cavanları bəyənməməyi, hər zaman “bizim vaxtda daha yaxşı idi”, “bizdə belə nöqsanlar yox idi” deməyi artıq tendensiyaya çevrilib. Sizdə eyni fikirdəsiniz?

 - Əsla yox! Bilirsiniz niyə? Çünki belə desək, deməli özümüz günahkarıq! Axı bu nəsli biz yetişdiririk, biz tərbiyələndiririk, biz ruhlandırırıq və biz istiqamətləndiririk. Onlar bizdən  pisdilərsə, deməli günah onlarda yox, bizdədir, biz cəmiyyət üçün bir deyərli insan yetişdirməmişik. Mənim oğullarım artıq həyatlarında özlərinə layiqli yer tapıblarsa, ən kiçik nəvəm 4 dil bilirsə, mən necə deyə bilərəm ki, bizdən sonrakı nəsillər bizdən pisdir?

- Yaxşı, bəs teatrlarda bu məsələ nə yerdədir? Üç teatrda rəhbər vəzifədə çalışmış bir mütəxəssiz kimi deyə bilərsinizmi,  hazırda elə bil aktyor və ya aktrisa varmı ki, 20-30 ildən sonra Siyavuş Aslan və ya Nəsibə Zeynalova səviyyəsinə çatsın?

- Bəli, mən siz deyən aktyorlarnanda işləmişəm – Siyavuş da, Nəsibə xanım da, mənim ən sevdiyim və hörmət etdiyim Fazil Salayevdə daim öz üzərlərində işləyirdilər, daim axtarışdaydılar. Çünki səviyyə cəhətdən o zamanki aktyor səviyyəsi cəmiyyətdə çox yüksək idi, cəmiyyətin tamaşaçı səviyyəsi də... nə isə, məni çətin vəziyyətə salma, gəl mövzunu dəyişək( gülür).

 - Yaxşı, onda heç olmasa Makbet Bunyatovdan azərbaycamn teatr aktyorlarının son 50 illinin "top5"yini bilmək istərdik.

  - Bunu deyə bilərəm... kişilər arasınsda - Həsənağa Salayev, Fazil Salayev, Siyavuş Aslan, Məlik Dadaşov, Ağasadıq Gəraybəyli, Fuad Poladov, Həsən Turabov, Səməndər Rzayev. Siz beş nəfər deyirdiniz, məz səkkizinin adını çəkdim.

 Aktrisalara gəldikdə isə...Hökümə Gurbanova, Nəsibə Zeynalova, Larisa Vinoqradova, Ədayə Əliyeva və əlbətdə ki Amaliya Pənahova və Şəfiqə Məmmədova. Bunlar bir birinə bənzəməyən müxtəlif obrazlar yaradıb. Amma elə aktyorlar var ki, çox istedadlıdılar, lakin bir obrazı necə gözəl və mükəmməl yaradırlarsa, digərlərinidə məhz ona oxşadırlar, və sonradan nə oynayırlarsa, möhür vurduqları obraza bənzəyir...

 - Hansı aktyorlarnan işləmək daha asan idi, hansılar isə əksinə, necə deyərlər, çox çətin adam idilər, əziyyət verirdilər, xüsusi ilə Azdramanın aktyorlarından söhbər gedir...

 - Mənim heç bir aktyordan və ya aktrisadan narazıçılığın olmayıb, hamı ilə işləmək çox rahat idi, problem yox idi... Birdə ki, onların insani keyfiyətləri mənim üçün əsas deyildi, əsas peşəkarlıq idi, o da məni qane edirdi.

 - Lakin həmin o rahat işlədiyiniz aktyorlar bir gün sizə qarşı qalxdılar...

  - Qalxıb nə etdilər ki? Mənim haqqında onların heç biri bir pis söz demədi, məni heş kəs təhqir etmədi. Sadəcə istəyirdilər ki, daha yaxşı olsun.

  - Misal üçün, deyirlər Nürəddin Mehdixanlıı çox çətin adamdı, bir çox həmkarlarıyla da yola getmir.

 - Yenə deyirəm, mənim barəmdə kim nə deyibsə - o onun şəxsi fikiridir. Mənim üçün hər zaman aktyorun peşəkarlığı ön planda olub, mənə vacib idi ki, onların səhnədəki oyunlarından ləzət alım, səhnədən kənar oyunlarından yox. Şəxsən Nürəddin isə mənə heç vaxt  heç bir problem yaratmayıb. Ona qalsa onun bəzi rollarından ləzzət almışam.

  - Həyatda daha nədən ləzət alırsınız?

  - Ailəmdən, uşaqllarımdan, nəvələrimdən... Birdə yeniliklərdən - nəsə yeni bir yollar,  yeni tiklilər istifadə veriləndə, yeni müəssələr açılanda, inkişaf olanda... Bağımdakı meyvə ağaclarına, göy-göyətriyə qulluq etməkdən ləzət alıram, o qulluğun bəhrəsini görəndə ləzzət edir..  Zəfaran əkmişəm, yaxşı innabım, əncirim, üzümüm var...

 - Çoxmu sevirsiniz bağ-baxçanızı? Nəvələriniz o ağacları zədələyəndə nə edirsiniz?

 - İstəyirsiniz - inanın, istəyirsiniz - yox, amma indiyədək heç bir nəvəm heç bir vaxt heç bir ağacı, bitkini zədələməyib, yarpağına belə toxunmayıb. Bilirsiniz, hər şey tərbiyədən asılıdır. Tərbiyyənin bünövrəsini necə qoyursansa, elədə gedir. Əvvəldən uşağa necə başa salmışamsa, anlatmışamsa, eləda yaddaşında qalır.  Misal üçün, ən kiçik nəvəm çox nadincdir, amma o da nəinki özü axacları zədələmir, hətta digər uşaqlar belə bir cəht göstərsə, onlara da imkan vermir.

 - Siz həm teatra rəhbərlik etmisiniz, həm sirkə. Son vaxtlar bütün dünyada sirklərin və zooparkların bağlanılması tələbləri güclənməkdədir. Siz onları doğurdanda qadağan etmək lazımdı?

 - Zooparklar barədə danışmağım düzgün olmazdı, çünki mənim sahəm deyil. O ki qaldı sirklərə, mən də orada heyvanların olmasını istəməzdim. Ancaq o demək deyil ki, sirkləri qadağan etmək lazımdı, axı burada yalnız heyvanlar çıxış etmir! Sirkdə  peşəkar və öz işini çox sevən klounlar, akrobatlar, kaskadyorlar, illüzionistlər var! Onlar tamaşaçılar üçün gözəl nömrələr nümayiş etdirir və tamaşaçıların rəğbətini qazanır.Yəni, sirk belə bir insanlarla yaşatmaq olar! Mən sirkə rəhbərlik edəndə hər zaman heyvanların qayğısına qalırdım, onların durumu ilə daim marağlanırdım. Təkçə mən yox, düşünürəm ki, bütün sirk rəhbərləri belədir. Axı heyvanların dili yoxdu ki özləri öz problemlərindən danışsın, onları izləmək lazımdı, səhhətlərində yarana biləcək problemlərdən qorumaq lazımdı, onları incidən insanlara qarşı isə dərhal ölçü götürmək və belələrini sirkdən uzaqlaşdırmaq lazımdır! Misal üçün, bilirsiniz ki,  Yuri Nikulun uzun illər sirk rəhbəri olub. Onun sirkində məşhur təlimçilərdən biri futbol oynayan itin ağzını əməliyat edib bir az böyütmüşdü ki, o topu tuta bilsin. Nikulin təcili kollegiya çağıraraq, o təlimçini qovmuş, həytta onu məhkəməyə də vermişdi!

 - Eşitdiyimə görə sizin Nikulinlə dostluq münasibətləriniz olub...

  - Olub. Bu münasibətlərlə onun mənə verdiyi sualdan başlamışdı ki, insanlarla işləmək rahatdı yoxsa heyvanlarla? Məndə cavab verdim ki, «после рaботы в цирке у меня давление стало выше чем зарплата». Onun özünün gözəl yumor hissi olduğundan, bu sözüm ona yaman xoş gəlmişdi. Amma sizə deyim ki, sirkdə işləyən illərdə “qazandığım” bir infarkt oldu.

 - Ümumiyyətlə heyvanların sizi hər hansı bir hərəkətləri ilə təəccübləndirdiyi olub?

 - Dəfələrlə olub, amma ən yadda qalan olay Türkiyədə baş verib. Sirknən orada qastrola getmişdik. Birdə gördüm axşam hevvanxanamızı səs-küy basdı - demək olar ki, bütün heyvanların qışqırığı bir-birinə qarışmışdı və nə təlimçilər onları sakitləşdirə bilmirdilər, nə də həkimlərimiz nə baş verdiyini, hansı heyvanında nə problem olduğunu deyə bilmirdilər. Səhərə yaxın isə dəhşətli zəlzələ oldu! O zaman anladıq ki, heyvanlarımız onu hiss edərək belə narahat idilər. Bax mən bunu öz gözlərimlə görmüşəm.

 - Sizin həyatınız doğurdanda çox zəngin olub. Nə vaxtsa ağlınıza belə gələrdimi ki, siz sirkə, teatrlara rəhbərlik edəcəksiniz və 80 illiyinizi qeyd edəcəksiniz?

 - Doğrusunu deyim heç təsəvvürümə belə gətirməzdim – nə rəhbərlik etməyimi, nə 80 yaşa gəlib çıxmağımı. Deyim ki, 70-dən sonra adam artıq ölümdən qorxmur. Amma ölümü gözləmək çətin olur...Bir az xəstələnən kimi deyirəm ki , sən öl gəldilər(gülür)! Mən onları qarşılamağa hər zaman hazıram. Bəzi adamlar özlərinə 70 yaşa çatsalar belə, yer tapa bilmirlər, yenə gələcəklərini düşünürlər, amma mən bu barədə çox rahatam - mənim elə həyat yoldaşım, oğullarım, gəlinlərim var ki, mən artıq uzun illərdir çox rahatam.-Heyfisləndiyim bircə məqam var... Kənddə doğulduğuma boya-başa çatdığıma görə bilirəm ki şəhərdə təhsilim daha mükəmməl olardı, hər şeyə daha tez nail olardım. Birdə heyfislənirəm ki, Səməndər Rzayeva güc bəla ilə qəbir yeri tapa bilsəm belə, Fazil Salayev kimi aktyor üçün ölümlərindən sonra istədiyimi edə bilməmişəm. Misal üçün Fazil Salayevin haqqını qaytarmaq üçün yetərincə iş görə bilməmişəm. Amma indidə gec deyir. Bəlkə çağrışıma səs verən tapılar...



Xəbəri paylaş

720 dəfə oxunub.

Digər xəbərlər