“Qarabağla bağlı hər şey bir ay ərzində aydın olacaq” - Elmar Məmmədyarov
Tarix: 13-12-2017 | Saat: 18:33
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
703 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-12-2017 | Saat: 18:33
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
Xarici işlər naziri Elmar Məmmədyarov news.az saytına açıqlama verib.
"Qarabaginfo" "news.az-a istinadən xəbər verir ki, bu haqqda Xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.
- Ermənistanlı həmkarınız Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını deyir. Bu barədə fikirlərinizi öyrənmək istərdik?
- Çox qəribə səslənir. Mənim kimi Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra o da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə, danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu.
Vyana görüşünündən sonra razılıq əldə olundu ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin. Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi şəkildə iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaq. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Xəbəri paylaş
Digər xəbərlər
31-07-2024, 11:41
Taleh Kazımov: Pul siyasətinin sərtləşməsinə getməyəcik
16-06-2023, 21:59
Azər Badamov: Azərbaycan Ermənistanın ekoloji terroru davam etdirməsinə səssiz qalmayacaq
18-11-2021, 23:44
Ölən erməni hərbçilərin anaları Paşinyanın istefasını tələb edir
27-05-2023, 22:04
Prezident İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlini qoyub
9-08-2022, 12:42
Sabah hava necə olacaq?
4-09-2025, 19:10
Zelenski: ABŞ-dan siqnal gözləyirik
4-10-2023, 12:33
Vətən müharibəsinin xronikası - 4 oktyabr
28-06-2023, 18:28
Putin Kadırovla görüşüb - FOTO
15-07-2021, 12:41
Leyla Abdullayeva Ermənistan Baş nazirinin müavininə cavab verib
6-11-2024, 07:32
KİV: Tramp əksər ştatlarda Harrisədən irəlidədir







" style="width: 670px; height: 340px;">








