Saytımızı qiymətləndirin


 
 

Prezident Administrasiyasının nümayəndəsi Yasamalda vətəndaşların problemlərini həll etdi  - VİDEO
Tarix: 14-03-2019 | Saat: 14:16
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

 

 
Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Bakının Yasamal rayonunda vətəndaşlarla görüşüb.

Qarabaginfo "Report.az"a istinadən xəbər verir ki, rayon rəhbərliyinin də qatıldığı qəbulda Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerində həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən Yasamal rayon sakini Nağı Heydərov “Report”a bildirib ki, problemi yerində həll olunub: “I qrup Qarabağ əliliyəm. Mən dövlətimizdən çox razıyam. Çünki dövlət bizə çox yüksək qiymət verir. Qəbulda müraciətimizə baxıldı və problemim yerində həll olundu”.

Yeni Yasamal sakini Məhsəti Nəsirova isə “Report”a bildirib ki, yaşadığı bina nəzarətsiz olduğu üçün müraciət edib: “Əvvəllər bizim binamızın lift təminatında problemlər var idi. Hazırda binanın lift problemi həll olunub. Biz bu gün binanın yaşadığımız binanın dövlət nəzarətinə keçməsi üçün xahiş etdik və müraciətimizə baxılması üçün xüsusi göstəriş verildi. Yaxın günlərdə binanın dövlət nəzarətinə keçməsi üçün müvafiq işlər aparılacaq”.

“İsmayıl Qurtqaşınlı küçəsi, 57 ünvanında evimiz sökülüb. Bununla bağlı qəbulda iştirak edib müraciət etdik. Müraciətimizə baxıldıqdan sonra dərhal göstəriş verildi”, - Digər vətəndaş “Report”a deyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu gün Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl (Biləsuvar), Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib. Martın 15-də Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edəcəklər.



Xəbəri paylaş

488 dəfə oxunub.

Digər xəbərlər