Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev Davosda görüşlər keçirir - Foto
Tarix: 22-01-2019 | Saat: 12:31
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

İlham Əliyev Davosda görüşlər keçirir

 

Yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb.

“Qarabaginfo” "Azərtac.az"a istinadən xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.

İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.

İlham Əliyev həmçinin, BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”,

Bundan başqa, İlham Əliyev Davosda “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə də görüşüb.

 


 



Xəbəri paylaş

495 dəfə oxunub.

Digər xəbərlər