Saytımızı qiymətləndirin


 
 

Prezidentin səfəri Ermənistan XİN-in şərh mövzusu ola bilməz”
Tarix: 19-03-2021 | Saat: 13:52
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

“Prezidentin səfəri Ermənistan XİN-in şərh mövzusu ola bilməz”

 

“Azərbaycan Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz”.

Bu barədə Qarabaginfo.az-a XİN-dən bildirilib. Qeyd edilib ki, Ermənistan XİN mövcud olmayan dağıntılar barədə danışmadan öncə, 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidələrin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

“Ermənistan tərəfi  hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış  üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nəyi vəd etmir”, - deyə açıqlamada vurğulanıb.



Xəbəri paylaş

1292 dəfə oxunub.

Digər xəbərlər