Saytımızı qiymətləndirin


 
 

Adil Əliyev həbsdən çıxan dünya çempionuna vəzifə verdi
Tarix: 09-03-2021 | Saat: 10:54
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Adil Əliyev həbsdən çıxan dünya çempionuna vəzifə verdi – FOTO

 

Qaynatasını döydüyü üçün 2019-cu ildə həbs olunan və bir müddət əvvəl azadlığa çıxan Ehram Məcidova vəzifə verilib.

 

Qarabaginfo.az-ın xəbərinə görə, 5 qat dünya çempionu Kikboks Federasiyasında I vitse-prezident  təyin olunub.

 

Bir neçə gün öncə E.Məcidov Azərbaycan Kikboks Federasiyasının sədri Adil Əliyevlə görüşüb.

 

Qeyd edək ki,  Məcidov xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 1979-cu il təvəllüdlü idmançı qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinirdi.

 

Prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

 

Məlumat üçün bildirək ki, Orxan Əliyev AKF-nin prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədridir.

 

Hit.az

 



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər