Saytımızı qiymətləndirin


 
 

ÜST: Hazırda 52 ölkədə vaksinasiya aparılır
Tarix: 27-01-2021 | Saat: 16:02
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

ÜST-ün Azərbaycandakı nümayəndəsi paylaşdığı fotoya görə sosial mediada tənqid olunub - BBC News Azərbaycanca

“Dünyada koronavirusa qarşı vaksinasiya dekabrın əvvəllərindən başlayıb". 

Bunu Qarabaqinfo.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bunlar 7 müxtəlif vaksindir: “52 ölkədə vaksinasiya başlayıb. 41 ölkədə tək növ, 11 ölkədə isə 2 fərqli peyvənddən istifadə olunur. İndiyə qədər ən çox istifadə olunan, 44 ölkədə tətbiq edilən Pfizer/BioNTech vaksinidir. 6 ölkədə Moderna, 4 ölkədə Sinopharm, 3 ölkədə Sputnik V, 3 ölkədə CoronoVac, 1 ölkədə isə Kovaksin, Covishield vaksini tətbiq olunur”. 

Onun sözlərinə görə, ÜST indiyə qədər yalnız Pfizer/BioNTech vaksinini təsdiq edib: “Yaxın zamanda Moderna, Covishield və Sinopharmla bağlı araşdırmaların nəticəsi də ÜST tərəfindən açıqlanacaq”, - deyə H.Harmancı əlavə edib.




124 dəfə oxunub.

Digər xəbərlər