Saytımızı qiymətləndirin


 
 

İndoneziyada zəlzələ nəticəsində 34 nəfər ölüb
Tarix: 15-01-2021 | Saat: 11:12
Bölmə:Karusel / Problem | çapa göndər

İndoneziyada zəlzələ nəticəsində 34 nəfər ölüb

İndoneziyanın Sulavesi adasında 6.2 bal gücündə zəlzələ olub, ölənlər var.

Qarabaqinfo.az-in  “France 24”ə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ən azı 34 nəfər ölüb.

“Ən son məlumata görə, Mamuju şəhərində 26 nəfər həyatını itirib”, - deyə fəlakətlərin təsirinin aradan qaldırılması üzrə yerli agentliyin rəhbəri Əli Rəhman bildirib. O, ölənlərin sayının artacağını istisna etməyib. Agentliyin rəhbəri meyitlərin çoxunun dağıntılar altında qaldığını qeyd edib.

Mamuju şəhərinin cənubunda isə ən azı 8 nəfər həlak olub. Bildirilib ki Mamuju şəhərinin xəstəxanası dağılıb, binalara ciddi zərər dəyib. Xilasedicilər dağıntıların altında qalan xəstələrin və tibbi heyətin axtarışlarını davam etdirir.

Şəhərdəki hava limanına da zərər dəydiyi bildirilib.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzindən bildirilib ki, zəlzələnin episentri Mamuju şəhərindən 36 km cənubda, 18 km dərinlikdə yerləşir. ApA



Xəbəri paylaş

476 dəfə oxunub.

Digər xəbərlər