İngiltərə Premyer Liqasının oyunu təxirə salınıb
Tarix: 14-01-2021 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
427 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-01-2021 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Qarabaqinfo.az-in məlumatına görə, XIX turun “Aston Villa” - “Everton” qarşılaşması öncədən nəzərdə tutulduğu kimi, yanvarın 17-də keçirilməyəcək.
“Aston Villa” rəhbərliyi komandada koronavirusa kütləvi yoluxma səbəbindən yarışın təşkilatçılarından matçın təxirə salınmasını tələb etmişdi. Birminhemlilərin 9 futbolçusu və 5 işçisi koronavirusa yoluxduğu üçün karantin şəraitində müalicə alır. Klubun bazasının da iki həftəlik bağlandığını nəzərə alan Premyer Liqa rəhbərliyi görüşü qeyri-müəyyən vaxta təxirə salıb.
Qeyd edək ki, “Aston Villa”nın Premyer Liqanın XVIII turunda “Tottenhem”lə dünən keçirməli olduğu oyun da təxirə salınıb.
Xəbəri paylaş
Digər xəbərlər
1-09-2022, 11:38
Xankəndidə tutulan generalın həbsinə QƏRAR VERİLDİ
22-04-2022, 18:48
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
8-03-2022, 18:04
NATO-dan Rusiyaya ismarış: “130 təyyarəmiz, 200-dən çox gəmimiz, minlərlə qoşun hazırlıq vəziyyətindədir”
1-09-2020, 11:59
Dilqəm Əsgərovun xanımının pensiyası kəsilib? - Nazirlikdən açıqlama
22-11-2023, 16:52
Dövlət Komitəsi: Xankəndiyə həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur
13-12-2017, 13:11
Fədayə Laçın həbsdə qaldı - Yenilənib


















