Saytımızı qiymətləndirin


 
 

Meşələrdə gizlənən terrorçuları idarə edənlər var - Yeni müharibə ehtimalı...
Tarix: 28-12-2020 | Saat: 16:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 Meşələrdə gizlənən terrorçuları idarə edənlər var - Yeni müharibə ehtimalı...

"İnformasiya siyasəti nədir? Son nümunə. Erməni separatçıları dünən Azərbaycan hərbçisini şəhid ediblər, sosial şəbəkənin Azərbaycan seqmentində dünən axşamdan başlayaraq qızğın müzakirələr gedir, Müdafiə Nazirliyi isə bir gün sonra təxminən səhər saat 11-də açıqlama yayıb".

Qarabaginfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı erməni separatçıları ard-arda açıqlama yayırlar ki, onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçilərinə atəş açmayıblar:

"İddia edirlər ki, Azərbaycan tərəfi dezinformasiya yayır. Ermənilərin ard-arda yaydıqları açıqlamalar Rusiyanın informasiya məkanında geniş yayılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə ilk açıqlaması ilə kifayətlənib. Anlamaq lazımdır ki, informasiya savaşında dayanmaq və fasilə vermək olmaz. Haqlı olduğumuz halda bizi haqsız çıxarmağa çalışırlar. Rusiyanın və digər ölkələrin xəbər agentlikləri erməni tərəfinin açıqlamalarına istinad edirlər ki, “atəş açılmayıb”. Yalan və təxribat olduğu aşkardır. Ancaq bunu biz bilirik, əsas vəzifə ətraf aləmi buna inandırmaqdır. Çünki, təxribatlar davam etsə bölgədə yenidən müharibə ehtimalı artacaq. Ona görə də Azərbaycan Müdafiə Nazirliyi növbəti açıqlama yaymalı, hadisənin təfərrüatlarını bildirməli və öldürülən erməni terrorçuların kimliklərini bəyan etməlidir. Bunun üçün hətta Bakıda yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirilməlidir. Çünki, hərbçilərimizə qarşı təxribatların davam edəcəyi aşkardır, meşələrdə gizlənən terrorçuları idarə edənlər var. Bunların hamısı deyilməlidir, susmaq bizə fayda gətirməyəcək. (Yenisabah.az) 



Xəbəri paylaş

323 dəfə oxunub.

Digər xəbərlər