Saytımızı qiymətləndirin


 
 

Hansı hərbçilərə ayda 80 manat ödəniləcək? – Detallı izah
Tarix: 28-12-2020 | Saat: 12:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hansı hərbçilərə ayda 80 manat ödəniləcək? – Detallı izah

 

Qarabağın işğaldan azad olunması ilə əlaqədar sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatında iştirak etmiş və Müharibə veteranı statusunu almış hərbçilər 80 manat müavinət alacaqlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər. Müavinət alacaq hərbçilərin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.

Müharibə veteranı vəsiqəsini hansı orqan verir?

Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

Müharibə veteranının hansı sosial təminat hüququ var və bu hüquq nə vaxtdan yaranır?



Xəbəri paylaş

342 dəfə oxunub.

Digər xəbərlər