Saytımızı qiymətləndirin


 
 

Dövlət Xidməti: Türkandakı “Daş yollar”ın dağıdılması ilə bağlı yerli icra orqanlarına müraciət olunub
Tarix: 16-06-2022 | Saat: 20:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Xidməti: Türkandakı “Daş yollar”ın dağıdılması ilə bağlı yerli icra orqanlarına müraciət olunub - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər bir neçə ay əvvəl olub və tərəfimizdən yerli icra orqanlarına rəsmi müraciət ünvanlanıb.

Qarabaginfo.az bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

 

Onun sözlərinə görə, Dövlət Xidməti görüntülərlə bağlı araşdırmanı davam etdirir:

“İstənilən halda, Dövlət Xidməti hazırda görüntülər barədə araşdırma aparır”.

O bildirib ki, “Kurqan çölü” (inv. № 500) və “Türkan yaşayış yeri” (inv. № 500) abidələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyəli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:

“Həmçinin həmin ərazidə yeni aşkar olunmuş “Qədim araba yolunun qalıqları” abidəsi də Dövlət Xidməti tərəfindən mühafizə edilir. Eyni zamanda, kompleksə təhlükə yarada biləcək müdaxilələrin qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən yerli icra hakimiyyəti strukturlarına mütəmadi olaraq rəsmi qaydada müraciətlər edilib”.

Sektor müdiri onu da vurğulayıb ki, Mədəniyyət Nazirliyi tərəfindən “Qədim araba yolları”nın mühafizə zonası hazırlanıb:

“Kurqan çölü” və “Türkan yaşayış yeri” abidələri də araba yollarının mühafizə zonasına daxildir”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə sözügedən abidələrə zərər vurulması ilə bağlı görüntülər yayılıb.

 



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər
10-08-2023, 16:57 Diyarbakırda ZƏLZƏLƏ