Saytımızı qiymətləndirin


 
 

“İlham Əliyevdən başqa bizə heç kim kömək edə bilməz”  - Erməni ana
Tarix: 22-12-2020 | Saat: 14:08
Bölmə:Karusel / Region | çapa göndər

“İlham Əliyevdən başqa bizə heç kim kömək edə bilməz”

 

İkinci Qarabağ müharibəsi zamanı itkin düşən oğlunu axtaran erməni ana rəsmi İrəvanı övladlarının axtarışında hərəkətsizlikdə günahlandıraraq Azərbaycanın tərəfinə keçmək niyyətində olduğunu bildirib.

xəbər verir ki, “Caliber” yutub kanalı İrəvan şəhərində əsgər analarının etiraz aksiyasından görüntüləri təqdim edib.

Etiraz aksiyasında bir erməni qadın Ermənistan səlahiyyətlilərini övladlarının axtarışı istiqamətində hərəkətsizlikdə günahlandırır və Azərbaycanın tərəfinə keçməyə hazır olduğunu bəyan edir: “Mən gedib Azərbaycana təslim olacağam. Azərbaycanlılar mənə toxunmayacaqlar”.

İtkin düşən oğlundan xəbər ala bilməyən erməni qadın bütün ümidlərini Azərbaycan Prezidenti İlham Əliyevə və onun köməyinə bağlayır.

“İlham Əliyevə səsimi necə eşitdirə bilərəm? Eşitsə, əlimi tutub deyəcək: “Gəlin gedək oğlunuzu tapaq”. Mən əminəm. Bu xəbəri eşitsə, mütləq kömək edəcək. Ondan başqa heç kim bizə kömək edə bilməz. Həm Ermənistan iqtidarına, həm də müxalifətinə lənət olsun”,- deyə qadın bildirib.

 

 

 

 



Xəbəri paylaş

291 dəfə oxunub.

Digər xəbərlər