Saytımızı qiymətləndirin


 
 

Siyavuş Novruzov: “Onlar Qarabağ problemi vasitəsilə hakimiyyətə gəlmək imkanını da itiriblər, bunu həzm edə bilmirlər”
Tarix: 22-12-2020 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

“44 günlük Vətən müharibəsində jurnalistlər çox yaxşı fəaliyyət göstərdilər, hərbi vəziyyətin tələblərinə uyğun davrandılar, istər cəbhədə, istərsə də informasiya savaşında yaxından iştirak etdilər”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu tendensiya qorunmalıdır: “Xankəndindən torpaq alaq-almayaq məsələsini mediada müzakirəyə çıxarmaq düşmən dəyirmanına su tökməkdir. Azərbaycan vətəndaşları istənilən ərazimizdə torpaq ala bilərlər”.

Deputat qeyd edib ki, bəziləri Ali Baş Komandan, ayrı-ayrı qurumlar haqqında əsassız fikirlər söyləməyə başlayıblar: “Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbəni ermənilər və ermənilər tərəfindən maliyyələşənlər həzm edə bilmirlər. Onlar Dağlıq Qarabağ problemi vasitəsilə hakimiyyətə gəlməklə bağlı imkanlarını da itirdilər. Bunu həzm edə bilmirlər”.



Xəbəri paylaş

327 dəfə oxunub.

Digər xəbərlər