Saytımızı qiymətləndirin


 
 

Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman
Tarix: 17-12-2020 | Saat: 14:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman

“Azərişıq” ASC-nin Vətən müharibəsində döyüşən daha bir əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Cəmiyyətin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Ağdaş Rayon Enerji Təchizatı və Satışı idarəsində sürücü kimi çalışmış Ağdaş rayonu Şıxlı kənd sakini, 1995-ci il təvəllüdlü Osmanov Əyyub Azər oğlu şəhid olub.

Sentyabrın 29-da vətənin müdafiəsinə yollanan Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən qəhrəman əməkdaşımızın nəşi ötən gün ailəsinə təhvil verilib.

Xatırladaq ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq işğal altındakı torpaqları azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında “Azərişıq” ASC-nin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan 6-ı şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.

Uca Allahdan şəhidlərimizə rəhmət, yaralananlarımıza şəfa diləyirik!

Osmanov Əyyub
Osmanov Əyyub


Xəbəri paylaş

375 dəfə oxunub.

Digər xəbərlər