Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda alpinistlər dağda yoxa çıxıb - Helikopter cəlb edildi
Tarix: 27-12-2017 | Saat: 11:05
Bölmə:Karusel / İdman | çapa göndər

 

 

Azərbaycanda alpinistlər dağda yoxa çıxıb

 

Gilavar Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.

Qarabaginfo" “Qafqazinfo”a istinadən xəbər verir ki, klubun yaydığı məlumata görə, alpinisttlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib. 

DSX, FHN,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb. 

***

Klubdan “Qafqazinfo”ya bildirilib ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir. 

Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.

Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.

***

Klubdan "Qafqazinfo"ya bildirilib ki, alpinistlərin axtarışına helikopter cəlb edilib. 

 






Xəbəri paylaş

607 dəfə oxunub.

Digər xəbərlər