Saytımızı qiymətləndirin


 
 

Bu yollarda postlar qurulacaq
Tarix: 13-12-2020 | Saat: 14:44
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bu yollarda postlar qurulacaq

 

"Tək Bakıda deyil, respublikamızın bütün ərazisində - 16 inzibati ərazi vahidində sərtləşmiş karantin rejimi dövründə hərəkət məhdudlaşdırılacaq. Bütövlükdə bu müddət ərzində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq".

Qarabaginfo.az xəbər verir ki, bunu "Real İntervyu"ya müsahibəsində DİN-in şöbə rəisi Elşad Hacıyev deyib.

E.Hacıyev sərtləşdirilmiş karantin rejimi dövründə qurulacaq postlardan da danışıb:

"Bakı-Yevlax- Şamaxı, Qazax-Gürcüstan-Bakı, Sumqayıt-Bakı-Abşeron, Bakı-Quba yolunda, eləcə də paytaxtda həm stasionar postlar, həm də qəfləti dəyişən - mobil postlar olacaq. Piyada naryadlarında polis və daxili qoşunların hərbi qulluqçuları xidmət aparacaqlar. Avtopatrullarda xidmət, yəni, post-patrul xidməti təşkil olunacaq. Əvvəlki təcrübə əsas götürülərək bu iş icra ediləcək".

DİN rəsmisinin sözlərinə görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan şəxslər  “icaze.e-gov.az” portalı və 8103 SMS-xidmətində, eləcə də E-təbib-də təsdiqlənmiş icazələr olduqda həmin şəxslərin öz avtomobilləri ilə hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

 

 



Xəbəri paylaş

366 dəfə oxunub.

Digər xəbərlər