Saytımızı qiymətləndirin


 
 

IX sinif üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb
Tarix: 19-05-2021 | Saat: 12:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dili fənni üzrə test imtahanı keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi


Ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.

DİM-dən Qarabaginfo.az-a verilən məlumata görə, ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 2021-ci il 2,3,9,10,16,17 iyun tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək. Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

Tarix

Şəhər (rayon)

 

02.06.2021

Abşeron (1-ci hissə), Gəncə (Kəpəz), Qazax, Şəki, Lənkəran,

Bərdə, Ağsu, Ağdaş, Saatlı, Qusar, Siyəzən, Xızı

 

03.06.2021

 

Naxçıvan MR, Sumqayıt (1-ci hissə), Gəncə (Nizami), Daşkəsən, Ağstafa,

Qəbələ, Astara, Lerik, Yardımlı, Yevlax, Zərdab, Ucar, Şirvan, Şabran, Qobustan, Hacıqabul

 

 

09.06.2021

 

Nəsimi, Qaradağ, Nərimanov, Abşeron (2-ci hissə), Goranboy,

Naftalan, Zaqatala, Masallı (1-ci hissə), Ağdam, Tərtər, Şamaxı, Xaçmaz (1-ci hissə), Sabirabad

 

 

10.06.2021

 

Nizami, Səbail, Suraxanı, Sumqayıt (2-ci hissə), Mingəçevir, Balakən,

Cəlilabad (1-ci hissə), Ağcabədi, İsmayıllı, Quba (1-ci hissə), İmişli+Mehdili, Biləsuvar

 

 

16.06.2021

 

Yasamal, Xəzər, Xətai, Göygöl, Tovuz, Gədəbəy, Oğuz,

Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan

 

 

17.06.2021

 

Binəqədi, Sabunçu, Pirallahı, Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə),

Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala

*Bakı xüsusi məktəblər, Çilov, ingilis,gürcü, fransız bölmələri

 

 

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Qeyd 2: Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.

Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcək.



Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər