Saytımızı qiymətləndirin


 
 

Erməni generalı və polkovnikini öldürən şəhidin xatirəsi əbədiləşdirilib
Tarix: 10-12-2020 | Saat: 11:05
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

Erməni generalı və polkovnikini öldürən şəhidin xatirəsi əbədiləşdirilib

Vətən müharibəsində qəhrəmanlığı ilə dillər əzbəri olan şəhid Dövlətzadə Cəbrayılın ata-baba yurdu olan Corat qəsəbəsində xatirəsinə həsr olunan baralyef qoyulub.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki,, barelyefin açılış mərasimində hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb. Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı, Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin zəfərlə bitməsində payı olanlardan biri də Corat qəsəbəsindən olan 19 yaşlı Dövlətzadə Cəbrayıl Dövlət oğludur. O, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.

Qeyd edilib ki, Cəbrayıl Dövlətzadə zabit yoldaşlarına “Siz gəlməyin, yolunuzu gözləyəniniz var. Subayam, mən gedəcəyəm” deyərək irəli atılıb, düşmənlə əlbəyaxa döyüşə girərək erməni generalını və polkovnikini öldürüb. O, elə orada qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Onun bu qəhrəmanlığa indiki gənc nəslə bir nümunədir.

 

 

 



Xəbəri paylaş

363 dəfə oxunub.

Digər xəbərlər