Saytımızı qiymətləndirin


 
 

Türkiyə XİN Yəmənin cənubundakı hadisələrlə bağlı bəyanat yayıb
Tarix: 03-01-2026 | Saat: 23:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə XİN Yəmənin cənubundakı hadisələrlə bağlı bəyanat yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi Yəmən Respublikasının cənub vilayətlərində son günlər baş verən, ölkənin suverenliyi və ərazi bütövlüyü ilə yanaşı qonşu ölkələrin təhlükəsizliyini təhdid edən hadisələrlə bağlı bəyanat yayıb.

Qarabaginfo.az xəbər verir ki, həmin hadisələrin narahatlıqla izlənildiyi bildirilən rəsmi açıqlamada beynəlxalq səviyyədə tanınan Prezident Rəhbərlik Şurasının ölkədə sabitliyin təmin olunmasına yönəlmiş səyləri yüksək qiymətləndirib.

Eyni zamanda ər-Riyadda inklüziv konfransın keçirilməsi ilə bağlı çağırış və Səudiyyə Ərəbistanının bu təşəbbüsə verdiyi dəstək məmnunluqla qarşılanıb.

Bəyanatda Yəməndə konstitusion legitimlik əsasında davamlı siyasi həllin təmin olunmasına yönəlmiş səylərə dəstəyin davam etdiriləcəyi qeyd edilib.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər