Saytımızı qiymətləndirin


 
 

Azərbaycan polisi Kəlbəcərdə postlar qurub
Tarix: 09-12-2020 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycan polisi Kəlbəcərdə postlar qurub

Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.



Xəbəri paylaş

352 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70