Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda həftəsonları taksilər işləməyəcək
Tarix: 20-11-2020 | Saat: 11:46
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Azərbaycanda həftəsonları taksilər işləməyəcək

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində həftəsonları taksilər fəaliyyət göstərməyəcək.

Bunu Qarabaginfo.az-a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova deyib.

Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələr sırasında taksi xidmətinin olmaması bunu deməyə əsas verir.

"Fəaliyyətinə icazə verilən sahələr siyahısında taksi fəaliyyəti yer almayıb. İcazə verilməyənlərin siyahısında da ictimai nəqliyyat xüsusi qeyd olunub və taksi də ictimai nəqliyyatın bir növü olduğu üçün biz Operativ Qərargahın müvafiq qərarlarına istinad edib, deyirik ki, işləməyəcək", - G. Gözəlova qeyd edib.



Xəbəri paylaş

337 dəfə oxunub.

Digər xəbərlər