Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”
Tarix: 08-10-2020 | Saat: 12:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”

“Ermənistanın soyqırımı törətdiyi Dağlıq Qarabağ başda olmaqla, Azərbaycan torpaqlarının bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin bu soyqırımı və işğala illərdir səssiz qalmasından cəsarətlənən Ermənistan mülki əhaliyə qarşı yeni təcavüzkar hərəkətlərini davam etdirir”.

Qarabaginfo.az-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, buna görə də Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başlayıb və Ermənistanın quldurcasına işğal etdiyi əraziləri bir-bir geri alır: “Türkiyə bundan sonra da “Bir millət, iki dövlət” olaraq haqlı mübarizəsində Azərbaycan dövlətinin, xalqının yanındadır. Azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstəyimizi bütün imkanlarımızla davam etdirəcəyik. Bu regional problemin həlli üçün sözdə təşəbbüslə çıxış edən dövlətlər, beynəlxalq təşkilatlar təəssüf ki, bu günə qədər problemi həll edə bilməyiblər. Bu dövlətlərin və təşkilatların davranışı Ermənistanın ərköyünləşməsinə, yeni işğal fəaliyyətlərinə başlamasına səbəb oldu. Qarabağ münaqişənin həlli üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin icra olunması lazımdır. Türk millətinə qarşı hər fürsətdə təcavüzkar və düşmən mövqe nümayiş etdirməkdən çəkinməyən Ermənistan bölgədə sülhün, sabitliyin önündə ən böyük əngəldir”.

Ərdoğan qeyd edib ki, Ermənistan regionda geniş münaqişə ocağının yaranmasında maraqlıdır: “Baş verən son proseslər kimin həqiqətən sülh tərəfdarı olduğunu göstərdi. Beynəlxalq ictimaiyyət bu həqiqətləri görərək, illərdir tətbiq etdiyi ikili standartlardan vaz keçməli və Ermənistanın Azərbaycan torpaqlarındakı mövcudluğuna son qoymalıdır”.



Xəbəri paylaş

364 dəfə oxunub.

Digər xəbərlər
5-05-2023, 13:13 Adanada ZƏLZƏLƏ