Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov: Danışıqlar prosesi mənasız formaya çatıb
Tarix: 06-10-2020 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Sentyabrın 27-dən başlayaraq Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüzü və təxribatı nəticəsində Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücum edilib. İlk gündən etibarən bizim həm mülki, həm də hərbçilərimiz arasında itkilərimiz olub. Bu məqamda Azərbaycan Ordusu, Azərbaycan dövləti öz beynəlxalq hüququna, vətəndaşlarını müdafiə etmək hüququna və BMT-nin Nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atıb və əks-həmlə tədbirlərinə başlanılıb".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi brifinqdə söyləyib.

Ceyhun Bayramov deyib:

“Biz bu tarixdən və bundan əvvəl baş verən bir sıra erməni təxribatları zamanı qardaş Türkiyənin bütün səviyyələrdə, o cümlədən ölkə başçısı, millət vəkilləri, siyasi partiyalar, ictimai birliklər, nazirlər və türk xalqı səviyyəsində tam, hərtərəfli, birmənalı dəstəyini gördük və hiss etdik. Fürsətdən istifadə edərək Sizin simanızda Türkiyə dövlətinə və Türkiyə xalqına Azərbaycan dövləti və xalqı adından bir daha minnətdarlığımı bildirirəm”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxındır ki, həll edilməməsini vurğulayan nazir bildirib ki, 1993-cü ildən bəri BMT-nin məsələnin həllinə dair 4 qətnaməsi başda olmaqla, çoxsaylı beynəlxalq təşkilatların qərarları olub, lakin bu uzun illər ərzində onların heç birinin icrasında irəliləyiş baş verməyib. 2018-ci ildən sonra isə Ermənistanda formalaşmış hərbi-siyasi rəhbərlik danışıqları tamamilə məhv etmək, prosesə çoxsaylı və ağır zərbələr vurub. Bu isə danışıqlar prosesini müəyyən mənada mənasız formaya gətirib çıxarıb.



Xəbəri paylaş

350 dəfə oxunub.

Digər xəbərlər