Saytımızı qiymətləndirin


 
 

Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladı
Tarix: 02-10-2020 | Saat: 09:52
Bölmə:Karusel / İdman | çapa göndər

Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladı

Həbib Nurməhəmmədov

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov gələcək rəqibi Castin Qetjini boğucu üsulla məğlub etmək istədiyini etiraf edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report" istinadən xəbər verir.

"Mənim arsenalımda hələ sol əllə etdiyim “gilyotin” fəndi də var.. Bilmirəm, müvəffəq olacam ya yox, amma məşqlərdə onu edirəm.

Mənim hələ çox yaxşı kimur üsulum (ingiliscə “kimura”, - ən çox geniş yayılmış döyüş üsullarından biri- red) var. Rəqibin qarnı üstündə oturursan, onu dirsəklə vurursan və əgər kürəyini yerə versə, onda onu boğa bilərsən”.

“Ümumiyyətlə, mənim çox üsulum var, hamısını sınaqdan keçirmək maraqlıdır. Hesab edirəm ki, UFC hələ tamamilə açılmayıb, nəyə qadir olduğumu bilirəm. Üçüncü raundda “gilyotin” fəndindən istifadə etmək istərdim", - idmançı bildirib.

Döyüş oktyabrın 24-də baş tutacaq.



Xəbəri paylaş

341 dəfə oxunub.

Digər xəbərlər