Saytımızı qiymətləndirin


 
 

Ukrayna ordusu Baxmut ətrafında irəliləyib
Tarix: 25-06-2023 | Saat: 21:47
Bölmə:Karusel / Region | çapa göndər

Baxmut uğrunda döyüşlərdə iki azərbaycanlı yaralandı

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri ötən gün ərzində Baxmut şəhəri istiqamətində irəliləyişini davam etdirib.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun qruplaşmasının sözçüsü Sergey Çerevatı bildirib.

"Müdafiə qüvvələri Baxmut istiqamətində təşəbbüsü əlində saxlayır, hücum əməliyyatlarını davam etdirir, düşməni darmadağın edir. Bir gün ərzində Baxmut ətrafında cənub və şimal cinahlarda 600-1 000 metr məsafə qət edilib, 186 nəfər işğalçı məhv edilib, 224-ü yaralanıb. 8 nəfər əsir götürülüb”, - o bildirib.

Çerevatının sözlərinə görə, həmçinin düşmənin bir tankı, bir piyada döyüş maşını, iki özüyeriyən artilleriya qurğusu, 2 MLRS (reaktiv yaylım atəş sistemləri), 3 tank əleyhinə sistemi, hücumundan müdafiə sistemi, altı sursat anbarı, üç kamikadze dronları və s. məhv edilib.

O, həmçinin əlavə edib ki, Rusiya ordusu qüvvələrini Baxmuta hava-desant hissələrini çəkməyə davam edir ki, bu da düşmənin şəhəri saxlamaq istədiyinin göstəricisidir.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər