Saytımızı qiymətləndirin


 
 

MN: Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir
Tarix: 01-10-2020 | Saat: 11:58
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

MN: Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.



Xəbəri paylaş

527 dəfə oxunub.

Digər xəbərlər
30-01-2024, 13:23 “İl-76 havada vurulub”