Saytımızı qiymətləndirin


 
 

“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək
Tarix: 18-09-2020 | Saat: 12:25
Bölmə:Karusel / Təhsil | çapa göndər

Dovlet Imtahan Merkezi terefinden iyulun 20-den sonra novbeti buraxilis imtahanlarinin kecirilmesi nezerde tutulur

Ali təhsil müəssisələrinin ixtisas seçimi sentyabrın 20-si saat 23:59-da başa çatacaq. Bunu nəzərə alaraq “Abituriyent Məsləhət Mərkəzləri” 19 və 20 sentyabr tarixlərində də fəaliyyətlərini davam etdirəcəklər.

Dövlət İmtahan Mərkəzindən Qarabaginfo.az -a verilən məlumata görə, “Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində fəaliyyət göstərəcəklər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq ali təhsil müəssisələrində abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə ( http://eservices.dim.gov.az/eNovbe/ ) əsasında həyata keçirilir. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılır. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə verilir.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər.



Xəbəri paylaş

366 dəfə oxunub.

Digər xəbərlər
21-10-2022, 14:46 DİN AXCP-yə "YOX" dedi


Bu gün, 14:45Tofiq Hüseynov - 70