Tarix: 04-02-2022 | Saat: 12:05
Bölmə:Karusel / Dünya | çapa göndər
Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb.
Qarabaginfo.az xəbər verir ki çinli fiqurlu konkisürənlərdən ibarət duet Suy Ventszin və Han Tsun komandaların yarışında cütlüklərin qısa proqramında 82,83 xal toplayıblar.
Əvvəlki dünya rekordu rusiyalı Anastasiya Mişina - Aleksandr Qallyamova duetinə məxsus olub. Onlar 12 - 16 yanvarda Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında hakimlərdən 82,36 xal alıblar. Bu cütlük Pekin-2022-də isə 82,64 xalla ikinci olub.
Komanda yarışının 3 mərhələsindən sonra ABŞ seçməsi 28 xalla liderdir. 26 xala malik Rusiya ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlar fevralın 20-də başa çatacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək.
Digər xəbərlər