Saytımızı qiymətləndirin


 
 

“Hakimiyyət Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil”
Tarix: 17-09-2020 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Hakimiyyət Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil”

 

Deputat Zahid Oruc da Tofiq Yaqublunun həbs edilməsi məsələsinə toxunub. 

Qarabaginfo.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, 15-dən yuxarı QHT nümayəndəsi T. Yaqublunun azad edilməsiylə bağlı ölkə başçısına müraciət etmək istəyir: “Onlar komitə sədri kimi müraciəti mənim çatdırmağımı təklif edib. Hakimiyyət orqanları Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil. Bunu tam məsuliyyətlə demək mümkündür. O əyani olaraq tanıdığımız insandır. Vaxtilə bir deputatın köməkçisi də işləyib”.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.



Xəbəri paylaş

346 dəfə oxunub.

Digər xəbərlər