Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu açıqlandı
Tarix: 19-03-2021 | Saat: 13:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Hidrometeorologiya Xidmətinin Qarabaginfo.az-a verdiyi məlumata görə,  martın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 5-7, gündüz  10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55  faiz təşkil edəcək. 


Martın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu  gecə 3-7, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz  7-12 dərəcə isti  olacaq.

 

Tibbi-meteoroloji proqnoz


Martın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 



Xəbəri paylaş

1338 dəfə oxunub.

Digər xəbərlər