
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək
Tarix: 11-12-2017 | Saat: 09:03
Bölmə:Karusel / İdman | çapa göndər
788 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-12-2017 | Saat: 09:03
Bölmə:Karusel / İdman | çapa göndər
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək.
"Qarabaginfo"-nun "Report"-a istinadən verdiyi məlumatına görə, "Qəbələ" "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək.
Qəbələ şəhər stadionundakı qarşılaşmada komandalar ilk dəfə kubok matçında üz-üzə gələcəklər. "Azərsun Arena"da isə "Qarabağ" artıq dördüncü dəfə "Sumqayıt"la növbəti mərhələ uğrunda mübarizə aparacaq. Bu kollektivlərin 20011-2012 mövsümündəki 1/8 final görüşündə "Qarabağ" 3:0, 2015-2016 mövsümündə 1/4 finalda 2:0 və 4:1, 2016-2017 mövsümündə isə 6:0 və 5:2 hesablı qələbələrlə mərhələ adlayıb. Başqa sözlə, ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında Ağdam təmsilçisi qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv öz meydanındakı 3 görüşdə qol da buraxmayıb.
Azərbaycan Kuboku, 1/4 final
İlk oyunlar
11 dekabr (bazar ertəsi)
16:00. "Qəbələ" – "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
19:00. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena"
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Kəpəz"i 2:0, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə yenib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.
Xəbəri paylaş
Digər xəbərlər
5-06-2026, 21:42
“Hizbullah”la toqquşmada İsrailin yüksək rütbəli komandiri və daha 2 zabiti yaralanıb
26-02-2025, 10:20
Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər
26-05-2023, 22:27
Ceyhun Bayramov Arxiyepiskop Marek Solçinski ilə görüşüb
7-03-2022, 15:03
Kiyevdə güclü partlayışlar baş verir
9-04-2026, 16:22
Şeyxin işdən çıxarılan oğlunun yerinə - Təyinat
25-05-2021, 14:24
"Azərbaycanlılar Qorayk istiqamətində müəyyən irəliləyiş əldə ediblər" - Sünikin keçmiş valisi
17-08-2021, 11:59
Zəngilan Hava Limanının istifadəyə verilmə tarixi açıqlanıb
31-10-2021, 22:36
Türkiyə Prezidenti: “ABŞ-ın terror təşkilatlarına dəstək verməsindən təəssüfləndiyimizi bildirdik”
3-09-2021, 11:25
Ermənistanda COVID-19-dan Ermənistanda COVID-19-dan ölənlərin sayı 4 892 nəfərə çatıbsayı 4 892 nəfərə çatıb

















