Rusiya hərbi təlimlərlə bağlı Azərbaycana dəvət göndərdi
Tarix: 12-09-2020 | Saat: 11:12
Bölmə:Karusel / Siyasət | çapa göndər
454 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-09-2020 | Saat: 11:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Qafqaz-2020 hərbi təlimlərində iştirak etmək üçün Ermənistan, Belarus, Çin, Myanma, Pakistan, Azərbaycan və İran hərbi heyətlərinə dəvət göndərib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin açıqlama verib.
"Quru qüvvələri qrupunun bir hissəsi olaraq ortaq fəaliyyətlərin həyata keçirilməsi üçün Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan olan hərbi birləşmələr təlimə dəvət edilib. Xəzər hövzəsindəki təlimlərdə iştirak üçün Azərbaycan və İran dəvət edilib",-deyə Fomin xarici hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib.
Təlimlərin iki mərhələdə aparılacağı elan edilib. Birinci mərhələdə hərbi komandanlıq və nəzarət orqanları şərti hərbi-siyasi vəziyyətdə döyüş əməliyyatları planlaşdıracaq. İkinci mərhələ üçün isə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları planlaşdırılır.
Təlimlər 21-26 sentyabr tarixlərində baş tutacaq.
Xəbəri paylaş
Digər xəbərlər
24-04-2018, 17:13
BMT-nin baş katibi Prezident İlham Əliyevi təbrik edib
30-09-2022, 15:06
Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM
11-08-2025, 12:21
Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək
9-03-2022, 16:48
ABŞ səfiri Moskvadan getmək niyyətində olmadığını deyib
19-06-2022, 00:04
Avropa çempionatı: Güləşçilərimiz daha 5 medal qazanıblar
23-09-2025, 14:18
Kreml strateji hücum silahları ilə bağlı razılaşmaya hansı şərtlərlə daha bir il əməl etməyə hazır olduğunu açıqlayıb
8-08-2023, 17:41
İrandan Azərbaycan səfirliyinə hücumla bağlı AÇIQLAMA


















