Saytımızı qiymətləndirin


 
 

Baş şəhər Polis İdarəsi aksiya haqda məlumat yaydı
Tarix: 09-09-2020 | Saat: 16:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Baş Polis İdarəsi aksiya haqda məlumat yaydı

 

Bakı şəhər Baş Polis İdarəsi bu gün Bakıda keçirilən aksiya ilə bağlı məlumat yayıb. 

Qarabaginfo.az məlumatı təqdim edir:

“Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıb”.

Qeyd edək ki, aksiya iştirakçıları Müsavat partiyasının sabiq sədr müavini Tofiq Yaqublunun azadlığa buraxılmasını tələb ediblər. T.Yaqublu məhkəmənin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 



Xəbəri paylaş

356 dəfə oxunub.

Digər xəbərlər