Tarix: 25-11-2021 | Saat: 16:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
“Azərbaycanda uşaqların zorakılığa məruz qalması ilə bağlı faktlar var. Uşaqlar zorakılığı daha çox ailədə görür”.
Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova bildirib.
Onun sözlərinə görə, bu gün psixoloqların yardımına ehtiyac var: “Bəzən hətta 30 yaşında evlənənlər var ki, ailənin nə olduğunu dərk etmir, bilmir ki, ailəni saxlaya biləcək, ya yox. Bütün problemlər də buradan yaranır”.
K. Ələkbərova məktəblilərin qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, çox vaxt belə hadisələr boşanan valideynlərlə olur: “Bəzən valideynlər düşmən kimi boşanırlar. Ata övladını anasına göstərmək istəmir, ana uşağı evdən aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib başqa cür də verə bilərlər. Məktəblilərin təhlükəsizliyi ilə bağlı resurslara - kameralara harada ehtiyac olursa, təmin edilir, harada yoxdursa bununla bağlı məktəb rəhbərliyi müraciət edə bilər. Bütün məktəblərin həyətinə polis gəlib daya bilməz. Bunun üçün heyətimiz də yoxdur”.
Digər xəbərlər