Saytımızı qiymətləndirin


 
 

DİM sədri abituriyent və valideynlərə müraciət edib
Tarix: 08-09-2020 | Saat: 15:24
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət etdi

Qarabaginfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abiturieyntlərə və onların valideynlərinə müraciət edib. 

Sentyabrın 10-dan ali məktəblərə ixtisaas seçiminin başlanacağını bildirən M. Abbaszadə bütün abituriyentləri ixtisas seçimində diqqətli olmağa çağırıb: "Məsləhətim budur ki, hər kəs ixtisas seçimini özü etsin, bunu kiməsə həvalə etməsin. 

Biz sosial medianı araşdıranda görürük ki, kimlərsə başqalarının əvəzinə ixtisas seçimi edir, bunu məsləhət görmürəm. İxtisas seçimi ilə əlaqədar Bakıda 6 universitetdə və 9 regional bölməmizdə məsləhət mərkəzləri olacaq, bütün xidmətlər pulsuzdur. Elektron növbə götürməklə abituriyentlər məsləhət mərkəzinə müraciət edə bilərlər. Amma düşünürəm ki, buna o qədər də ehtiyac yoxdur. “Abituriyent” jurnalına diqqətlə baxmaqla onlar düzgün seçim edə biləcəklər. İndi onların əllərində şəxsi nəticələri var, diqqətli olsunlar ki, ixtisas seçimi zamanı səhvə yol verməsinlər. Çünki bu zaman ərizə təsdiqlənməyəcək. Bütün ixtisas qrupları üzrə nələrə diqqət edilməsi barədə də kitabçalar var". 

 

 



Xəbəri paylaş

357 dəfə oxunub.

Digər xəbərlər
29-11-2023, 11:47 Nazir xalqdan üzr istədi