Saytımızı qiymətləndirin


 
 

Vəkillər Kollegiyasına yeni sədr seçilib - YENİLƏNİB
Tarix: 07-12-2017 | Saat: 11:53
Bölmə:Karusel | çapa göndər

 

vekiller kollegiyasina yeni sedr secilib yenilenib

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

 

"Qarabaginfo" APA-a istinadən verdiyi məlumatına görə, yüzdən çox nümayəndənin iştirak etdiyi konfransda kollegiyaya yeni sədr seçilib.

 

Kollegiya üzvləri səsvermə yolu ilə kollegiyanın Rəyasət Heyərtinin üzvü, vəkil Azər Bağırovu sədr seçiblər.

 

Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi olub.

 

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. 

 

***

 

09.38

 

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir.


APA-nın məlumatına görə, konfransda yüzdən çox nümayəndə iştirak edir. Bu gün konfransda kollegiyaya yeni sədr seçiləcəyi gözlənilir.



Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. Sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

 



Xəbəri paylaş

658 dəfə oxunub.

Digər xəbərlər