Saytımızı qiymətləndirin


 
 

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Elvin İsayevin məhkəməsi başlayır
Tarix: 04-09-2020 | Saat: 10:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Elvin İsayevin məhkəməsi başlayır

Kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elvin İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qarabaginfo.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cİnayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilərək xahişi əsasında Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasovanın iştirakı ilə ona ittiham elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.



Xəbəri paylaş

482 dəfə oxunub.

Digər xəbərlər