Saytımızı qiymətləndirin


 
 

FHN: Küləkli hava və yanğının mürəkkəb relyefli dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir
Tarix: 27-08-2020 | Saat: 14:52
Bölmə:Karusel / Sosial | çapa göndər

Yardımlıda meşə yanğını » Qlobal.Az

Fövqəladə Hallar Naziriyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Qarabaginfo.az -a nazirlikdən verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ounub. Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.



Xəbəri paylaş

529 dəfə oxunub.

Digər xəbərlər