Saytımızı qiymətləndirin


 
 

Serbiya Prezidenti Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsi faktını araşdırmaq üçün Azərbaycana nümayəndə heyəti göndərəcək
Tarix: 07-08-2020 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Serbiya Prezidenti Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsi faktını araşdırmaq üçün Azərbaycana nümayəndə heyəti göndərəcək

Serbiya Prezidenti Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsi faktını araşdırmaq üçün Azərbaycana nümayəndə heyəti göndərəcək.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında deyib.

Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.



Xəbəri paylaş

453 dəfə oxunub.

Digər xəbərlər