Saytımızı qiymətləndirin


 
 

Binəqədi RİH başçısının 1 və 2 nömrəli sahə üzrə nümayəndələrinin və rayon bələdiyyəsinin hesabat yığıncağı keçirilib
Tarix: 31-01-2018 | Saat: 13:54
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və Binəqədi bələdiyyəsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

 

Yığıncaqda RİH başçısı Xaləddin İsgəndərov, Milli Məclisin üzvü Kamran Bayramov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə, müəssisə, təşkilat rəhbərləri və mikrorayonların sakinləri iştirak ediblər. Xaləddin İsgəndərov mikrorayonlar ərazisində görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıb. RİH başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva, 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Dilbər Şükürova və Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı 2017-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış ediblər.

 

“Belediyye.info” saytının rəhbəri Vüqar Tofiqli, Kamran Bayramov hesabat məruzələrinə münasibətlərini bildirməklə yanaşı, 2017-ci ildə ölkənin ictimai, siyasi və sosial həyatında baş verən mühüm hadisələr barədə danışıblar.

 

Yekunda çıxış edən Xaləddin İsgəndərov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən fikirlərə toxunaraq qeyd edib ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir.

 

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır.

 

 

Ölkə prezidentinin tapşırıqlarına müvafiq olaraq, Binəqədi rayonunun Azadlıq prospekti, Binəqədi şosesi və digər ərazilərində aparılan abadlıq və quruculuq işlərindən geniş və ətraflı danışan RİH başçısı 2018-ci ildə görüləcək işlər barəsində də məlumat verərək yığıncaq iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

Sonda 2017-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların, eyni zamanda sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilib. 



Xəbəri paylaş

601 dəfə oxunub.

Digər xəbərlər