Saytımızı qiymətləndirin


 
 

Rəşad Mehdili DSMF-də departament müdiri təyin olunub
Tarix: 29-07-2020 | Saat: 11:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

AzTV-nin keçmiş aparıcısı DSMF-də departament müdiri təyin olunub

AzTV-nin keçmiş aparıcısı Rəşad Mehdili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə təyin olunub.

Qarabaginfo.az xəbər verir ki,, bu barədə Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov məlumat verib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili təyin olunub. Rəşad indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib. Həmkarımızı təbrik edir, yeni işində ona uğurlar arzulayırıq!"



Xəbəri paylaş

375 dəfə oxunub.

Digər xəbərlər