Azərbaycanda 10 yeni su anbarı yaradılacaq - SİYAHI
Tarix: 27-07-2020 | Saat: 17:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
567 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-07-2020 | Saat: 17:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda yeni su anbarları yaradılacaq.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, lağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:
- Əlicançay su anbarı
- Qudiyalçay su anbarı
- Vəlvələçay su anbarı
- Qaraçay su anbarı
- Qusarçay su anbarı
- Ağsuçay su anbarı
- Türyançay su anbarı
- Yengicə su anbarı
- Viləşçay su anbarı
- Zəyəmçay su anbarı.
“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir. APA
Xəbəri paylaş
Digər xəbərlər
20-10-2024, 20:52
Putin və Vuçiç Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər
11-01-2022, 22:45
ABŞ-da ermənilər Azərbaycana qarşı təxribat törədiblər
11-12-2025, 22:29
Paşinyan AİB-in iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
15-10-2026, 20:18
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib
28-07-2025, 14:09
DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib
27-04-2023, 17:38
Rusiyada məhbuslara “Tetris” qadağası
8-10-2022, 18:02
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib


















