Saytımızı qiymətləndirin


 
 

Sərhədçilər qəzaya düşüb, qərargah rəisi ölüb
Tarix: 20-07-2020 | Saat: 10:35
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Sərhədçilər qəzaya düşüb, qərargah rəisi ölüb

İyulun 20-də saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat etmiş, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunub.

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailə­sinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.



Xəbəri paylaş

335 dəfə oxunub.

Digər xəbərlər