Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Azərbaycana belə dəstək oldu  - Video
Tarix: 14-07-2020 | Saat: 22:23
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ərdoğan Azərbaycana belə dəstək oldu - Video

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu pisləyib və Azərbaycana dəstəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra açıqlamasında deyib:

“Ermənistan tərəfindən Azərbaycana edilən hücumu şiddətlə qınayıram. Vətənini müdafiə edən Azərbaycan şəhidlərinə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu hücum Dağlıq Qarabağa sərhədində deyil, birbaşa iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə edərək olunub. Bu, birbaşa, Azərbaycana yönəlmiş şüurlu hücumdur. Şübhəsiz, bu hücum Ermənistanın çapını aşan hadisədir.

Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlmiş hər cür hücumun qarşısında dayanmaqda əsla tərəddüd etməyəcək. Dünyadakı bütün siyasi, diplomatik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur”. “Qafqazinfo”



Xəbəri paylaş

426 dəfə oxunub.

Digər xəbərlər